Prezidentin müavini və Ətraf Mühitin Mühafizəsi Agentliyinin direktoru Şina Ənsarinin iştirak etdiyi bu sənədin imzalanması mərasimində, Siddiqə Türabi deyib: “Birləşmiş Millətlər Təşkilatının İnkişaf Ofisinin nümayəndələri ilə faydalı görüşlərimiz oldu. Əvvəllər bu komplekslə müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilib, amma biz bu müddət ərzində əməkdaşlığımızı problemin həllinə yönəltməyə çalışırıq.”
S. Türabi əlavə edib: “Havanın çirklənməsi, tullantılar, su ehtiyatlarının idarə edilməsi, toz, monitorinq və iqlim dəyişikliyi bizim fəaliyyətimizi genişləndirə və beynəlxalq maliyyə resurslarından istifadə edə biləcəyimiz məsələlərdəndir. Bununla bağlı yaxından əməkdaşlıq etmək qərara alındı.”
Sizin rəyiniz